Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatından

15 June 2021, Tuesday
258

Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.

Azərbaycan Prezidenti İ.Əliyev, dövlət quruculuğunun əsas istiqamətləri haqqında
AZLEADERSAYS.AZ © 2021